DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində martın 24-də keçiriləcək Portuqaliya – Azərbaycan oyunu İtaliyanın Turin şəhərində təşkil olunacaq.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə Portuqaliya – Azərbaycan matçının “Yuventus” klubuna məxsus stadionda keçiriləcəyi diqqətə çatdırılıb. Bununla bağlı AFFA-ya müvafiq rəsmi məlumat UEFA-dan, Portuqaliya Futbol Federasiyasından və “Yuventus” klubundan göndərilib və AFFA tərəfindən razılıq verilib.
Portuqaliya milli komandasının ev oyununun neytral meydanda keçirilməsinin səbəbi koronavirus pandemiyasıdır.