Ukrayna Futbol Federasiyasının dəvəti ilə mayın 25-dən 29-dək Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edəcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Arena.az AFFA-nın saytına istinadən xəbər verir ki, millinin baş məşqçisi Milan Obradoviç 24 futbolçuya dəvət göndərib.
Azərbaycan millisi turnir çərçivəsində ilk oyununu mayın 26-da Ukrayna, 27-də isə Özbəkistan yığmasına qarşı keçirəcək.
- Nicat Mehbalıyev – Sabah
- Rüstəm Samiqullin – Sabah
- Əlirza Müştəbazadə – Neftçi
- Rauf Hüseynli – Qarabağ
- Arsen Ağcabəyov – Sabah
- Rüfət Əhmədov – Qəbələ
- Zamiq Əliyev – Qarabağ
- Cəlal Hüseynov – Zirə
- Mert Çelik – Neftçi
- Elçin Mustafayev – Keşlə
- Nihad Qurbanlı – Neftçi
- Səbuhi Abdullazadə – Sumqayıt
- Asim Əlizadə – Neftçi
- Şakir Seyidov – Sabah
- Ədilxan Qarəhmədov – Səbail
- Veysəl Rzayev – Sabah
- Fərid Yusifli – Neftçi
- Turan Vəlizadə – Keşlə
- Rüfət Abdullazadə – Sumqayıt
- Vüsal Əsgərov – Neftçi
- İsmayıl Zülfüqarlı – Neftçi
- Camal Cəfərov – Sabah
- Vidadi Cəfərov – Turan Tovuz
- Musa Qurbanlı – Zirə


