Millimizin Moldova ilə oyunlar üçün heyəti açıqlandı

Futzal üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 4-də Bakıda, martın 9-da isə Çoreskuda Moldova yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Arena.az xəbər verir ki, fevralın 25-dən Bakı İdman Sarayında hazırlıq keçəcək millimizin düşərgəsinə 18 futzalçı dəvət olunub:

  1. Rövşən Hüseynli – Araz
  2. Emin Kürdov – EKOL
  3. Ramiz Çovdarov – Araz
  4. Rizvan Fərzəliyev – Araz
  5. İsa Atayev – Araz
  6. Xətai Bağırov – Araz
  7. Hadi Ahmadi – Araz
  8. Amir Şocaei – Araz
  9. Fineo De Arauxo – Araz
  10. Oqtay Rüstəmli – Neftçi
  11. Tofiq Mikayılov – EKOL
  12. Cavad Məmmədov – Neftçi
  13. Samir Həmzəyev – EKOL
  14. Rafael Vilela – Palma Futsal (İspaniya)
  15. Teles Martins Tyaqo “Bonilla” – Salines Tuzla City (Bosniya və Herseqovina)
  16. Oliveira Villiams “Vassoura” – klubsuz
  17. Eduardo Borges – ACCES (Fransa)
  18. Everton Kardoso “Qalo” – Levante (İspaniya)

Qeyd edək ki, Oliveira Villiams, Eduardo Borges, Everton Kardoso, Teles Martin Tyaqo və Rafael Vilela komandaya fevralın 28-dən sonra qoşulacaq.