Millimizin oyunlarının təqvimi açıqlandı

Qadınlardan ibarət Azərbaycan milli komandasının DÇ-2023-ün seçmə mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib.

Arena.az xəbər verir ki, yığmamız seçmə mərhələyə bu ilin 17 sentyabrında start verəcək. Sonuncu qarşılaşma isə gələn ilin sentyabrına təsadüf edəcək.

Dünya çempionatının final mərhələsi 2023-cü ildə Avstraliya və Yeni Zelandiyada təşkil ediləcək.

Millimizin oyunlarının təqvimi ilə sizi də tanış edirik:

2021

17 sentyabr
Rusiya – Azərbaycan

21 sentyabr
Azərbaycan – Danimarka

21 oktyabr
Monteneqro – Azərbaycan

26 oktyabr
Azərbaycan – Malta

25 noyabr
Azərbaycan – Rusiya

30 noyabr
Azərbaycan – Monteneqro

2022

7 aprel
Bosniya və Herseqovina – Azərbaycan

12 aprel
Danimarka – Azərbaycan

2 sentyabr
Malta – Azərbaycan

6 sentyabr
Azərbaycan – Bosniya və Herseqovina

Xəbəri sosial şəbəkələrdə paylaş: