Millimizin üzvü Tural Həsənli kritik vəziyyətdə Bakıya çatdırıldı

Voleybol üzrə Azərbaycan milli komandasının və “Xarı Bülbül” (Şuşa) klubunun voleybolçusu Tural Həsənli əməliyyat olunub.

Arena.az xəbər verir ki, bu barədə Şuşa klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 33 yaşlı voleybolçunun “Panatinaikos”a qarşı Çelenc Kubokunun 1/16 final mərhələsinin Yunanıstandakı cavab oyunu ərəfəsində səhhətində problem yaranıb.

Tural Həsənli kritik vəziyyətdə Bakıya çatdırılıb və hava limanından birbaşa xəstəxanaya yerləşdirilib. Daxili qanaxması olan voleybolçunun bağırsağından ağır əməliyyat keçirdiyi vurğulanıb. Hazırda onun durumunun qənaətbəxş olduğu bildirilir.

Xatırladaq ki, “Xarı Bülbül” “Panatinaikos”a 1:3 hesabı ilə uduzaraq yarışda mübarizəni dayandırıb. Komandamız Bakıdakı ilk oyunda da 0:3 hesabıyla məğlub olmuşdu.