AFFA tərəfindən təşkil olunmuş futbol üzrə U-12 Qızlar Liqasının 2022/2023-cü illər mövsümünə yekun vurulub.
Arena.az xəbər verir ki, mövsümün final qarşılaşmasında “Xırdalan Siti” və “Mingəçevir” komandaları üz-üzə gəliblər.
Oyunun əsas vaxtı 1:1 hesabı ilə nəticələnib. Penaltilər seriyasını daha dəqiq yerinə yetirən “Mingəçevir” komandası rəqibini 3:2 hesabı ilə məğlub edərək U-12 Qızlar Liqasının 2022/2023 mövsümünün qalibi olub.
Gəncənin “Ümid-TİM” komandası isə mövsümü üçüncü pillədə tamamlayıb.
Bu gün Binə stadionunda keçirilmiş final qarşılaşmasından sonra mükafatlandırma mərasimi təşkil olunub.
“Xırdalan Siti” komandasının üzvü Xədicə Rəhimova mövsümün ən yaxşı oyunçusu seçilib.
“Şamaxı” komandasının oyunçusu Sara Səlimova 60 qolla mövsümün ən məhsuldar oyunçusu olub.
“Mingəçevir” komandasının üzvü İradə Əsədli isə mövsümün ən yaxşı qapıçısı seçilib.
Mükafatları AFFA-nın Texniki Direktor Cahangir Həsənzadə, Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova, U-15 (qızlar) milli komandasının baş məşqçisi Xanlar Əliyev və köməkçi məşqçi Kader Alimova təqdim ediblər.