Mini futbol: Millimiz Monteneqroya 20 futbolçu ilə yollanır

Mini futbol üzrə Azərbaycan milli komandası aprelin 24-dən mayın 2-nə qədər Monteneqroda təlim-məşq toplanışında olacaq.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Mini Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, artıq yığmamızın bu toplanış üçün heyəti də məlumdur. Baş məqşçi Elşad Quliyev yığmaya 20 oyunçu cəlb edib.

Qapıçılar: Davud Kərimi, Ağaseyid Qasımov (hər ikisi “Zirə;), Vəli Qafarov (“Birbaşa Bakı”);

Müdafiəçilər: Müseyib Vəliyev, Vüsal İsayev, Təmkin Xəlilzadə (hamısı “Birbaşa Bakı”), Taleh Babayev, Ramiz Çovdarov, Elşad Manafov (hamısı “Zirə”);

Yarımmüdafiəçilər: Elvin Əlizadə (“Birbaşa Bakı”), Məhəmməd Xəlilov, Rəvan Kərimov, Mirkamil Əliyev (hamısı “Zirə”), Kamran Qürbətov, Təmraz Əmircanov (hər ikisi “Aznur”);

Hücumçular: Eşqin Tağıyev, Mirmehdi Rzayev (hər ikisi “Birbaşa Bakı”), Samir Həmzəyev, Seymur Məmmədov (hər ikisi “Zirə”), Bəxtiyar Soltanov (“Odlar Yurdu”);

Qeyd edək ki, milli komandamız aprelin 30-da Serbiya, Bosniya və Herseqovina, Rumıniya, Monteneqro və Albaniya yığmalarının qatılacağı turnirdə iştirak edəcək.

Bu toplanış Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək qarşıdakı Avropa çempionatına hazırlıq məqsədi daşıyır.