Miodraq Bojoviç: “Neftçi”də 7-ci, Azərbaycanda 62-ci…

Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün 19-cu turu “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, monteneqrolu mütəxəssis Azərbaycan çempionatında məhz “Sabah”la matçda debüt edib.

“Sabah”la səfər görüşü 0:0 hesabı ilə başa çatıb.

Bojoviç Azərbaycan çempionatları tarixinə 62-ci legioner baş məşqçi kimi düşüb. Ona qədər 61 mütəxəssis ya baş məşqçi, ya da bu vəzifənin müvəqqəti icraçısı kimi komandasını meydana çıxarıb.

O, Premyer Liqa tarixində 2-ci monteneqrolu mütəxəssisdir. “Bakı”nın baş məşqçisi olmuş Bojidar Bandoviç 2012/2013 mövsümündə komandaya 32 oyunda rəhbərlik edib.

Bojoviç “Neftçi”nin tarixində 7-ci əcnəbi mütəxəssisdir. Ona qədər ukraynalı Anatoli Demyanenko, almaniyalı Hans-Yurgen Gede, çexiyalı Vlastimil Petrjela, italiyalı Roberto Bordin, rumıniyalılar Laurentsiu Regekampf və Adrian Mutu “ağ-qaralar”a rəhbərlik edib.

Xatırladaq ki, “Neftçi” ötən ilin sonunda Rumıniyadan olan baş məşqçisi Adrian Mutu ilə yollarını ayırıb. Paytaxt klubunda rumın baş məşqçini monteneqrolu Bojoviç əvəzləyib. 55 yaşlı mütəxəssislə 6 ay + 1 illik müqavilə imzalanıb.

Miodraq Bojoviç 23 illik məşqçilik karyerası ərzində çoxsaylı klubda çalışıb. Onun baş məşqçi kimi fəaliyyət göstərdiyi komandaların siyahısını təqdim edirik:

“Belgrad” (2000:2001)

“Konsadole Sapporo” (2001–2002, köməkçi məşqçi)

“Borats” (2003–2004)

“Obiliç” (2004)

“Hayduk” Belqrad (2004)

AEP Pafos (2005)

“Borats” (2005–2006)

“Buduçnost” (2006–2007)

“Qrbal” (2007)

“Borats” (2007)

“Amkar” Perm (2008)

“Moskva” (2009)

“Dinamo” Moskva (2010–2011)

“Amkar” Perm (2011–2012)

“Rostov” (2012–2014)

“Lokomotiv” Moskva (2014–2015)

“Srvena Zvezda” (2015–2017)

“Arsenal” Tula (2017–2018)

“Krılya Sovetov” (2018–2020)

“Arsenal” Tula (2021–2022)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: