Miodraq Bojoviçin “Neftçi”dəki köməkçiləri müəyyənləşdi

“Neftçi”nin yeni baş məşqçisi, Monteneqrodan olan Miodraq Bojoviçin köməkçilərinin adlarına aydınlıq gəlib.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, 57 yaşlı Saşa Petroviç və 52 yaşlı Deyan Mrvalyeviç köməkçi məşqçi təyin olunublar. 47 yaşlı Deyan İliç fiziki hazırlıq üzrə məşqçi vəzifəsini yerinə yetirəcək.

“Neftçi”nin sabiq futbolçusu və məşqçisi, 42 yaşlı mütəxəssis Emil Babayev isə qapıçılar üzrə məşqçi olacaq.

Məşqçilərin hər biri ilə 6 ay + 1 il şərtli müqaviləyə imza atılıb.

Qeyd edək ki, bunadək köməkçi məşqçi vəzifəsini yerinə yetirmiş Sənan Qurbanov da bundan sonra baş məşqçi Miodraq Bojoviçin köməkçilərindən biri olacaq.

Xatırladaq ki, Miodraq Bojoviç ötən ilin sonunda istefaya göndərilmiş Adrian Mutunun əvəzində “ağ-qaralar”ın baş məşqçisi təyin olunub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: