Mixaylo Mudrik rus modellə münasibətinə görə sərt qınanır – Foto

“Çelsi”nin ukraynalı vingeri Mixaylo Mudrik və rus model Violetta Bert (Qraçova) arasında mümkün münasibət barədə xəbərlər peyda olub.

Arena.az məlumat verir ki, müvafiq xəbərlərin mənbəyi sosial şəbəkələrdir.

Cütlüyün bir neçə səbəbə görə münasibətdə olması təxmin edilir: onlar sosial şəbəkələrdə bir-birlərini fəal şəkildə “bəyənirlər”, Mudrik Qraçovanın fotoşəkilləri altında şərhlər buraxır və eyni zamanda demək olar ki, eyni məkandan “hekayələr” yayımlayırlar.

Rus gözəlinə görə Mudrik Ukraynada tənqidlərə məruz qalıb. “Çelsi”nin futbolçusunun paylaşmalarının altında müvafiq şərhlər qoyulub: “Ukraynalı ulduzların riyakarlığının bütün mənası”, “Mudrikdən bunu gözləmirdim, çox aşağılayıcıdır”.

Mixaylonun nəşrləri altında təhdidlər və ədəbsiz təhqirlər görünməyə başladıqdan sonra futbolçu paylaşmalarına şərh yazmaq imkanını bağlayıb, abunəçilərinin isə bütün xoşagəlməz açıqlamalarını silib.

Maraqlıdır ki, Mudrik Violettanın münasibət saxladığı ilk futbolçu deyil. Əvvəllər Violetta “Rostov”un sabiq yarımmüdafiəçisi Mattias Normanla görüşüb. Həmçinin, gözəlçə bir dəfə Sankt-Peterburqda “Zenit”in futbolçusu Andrey Mostovoyla gözə dəyib.