MLS futbol liqasının oyunları 11 milyondan çox azarkeş cəlb edib və müntəzəm mövsümdə iştirak rekordu qırılıb.
Arena.az bu barədə ESPN şəbəkəsinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, müntəzəm mövsümün bitməsinə hələ 16 oyun qalmasına rəğmən, liqa artıq ötən mövsümdə müəyyən edilmiş 10 900 804 tamaşaçı sayını keçib.
MLS rəhbərliyi hesab edir ki, artımın əsas amillərindən biri Lionel Messi kimi superulduzun “İnter Mayami”də meydana çıxmasıdır. Həmçinin “azarkeşlər üçün daha müstəsna və rahat mövsüm abunəliyi”nin yaradılması da əsas amillərdən biri hesab olunur.
Xatırladaq ki, aprelin 13-də “Errouhed” stadionunda bir oyuna tamaşaçı sayına görə MLS-in rekordu müəyyənləşmişdi. Onda “İnter Mayami”nin “Sportinq Kanzas Siti” ilə oyununu izləmək üçün 72 610 tamaşaçı tribunalara toplaşmışdı.



