Çempionata xidmət göstərməli olan hakimlərin mümkün boykotuna görə MLS-in müntəzəm mövsümünün başlaması təhlükə altındadır.
Arena.az bu barədə “’Marca” nəşrinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Peşəkar Hakimlər Təşkilatı (PRO) və Peşəkar Futbol Hakimləri Assosiasiyası (PSRA) yeni kollektiv müqavilə ilə bağlı razılığa gələ bilməyiblər.
MLS hakimlərini təmsil edən həmkarlar ittifaqı yanvarın 31-dək PRO ilə yeni əmək müqaviləsi bağlanmayacağı halda, tətil keçirilməsinə yekdilliklə səs verib.
Gözlənilən tətillərin əsas səbəbi aşağı gəlirlərdir. Vurğulanır ki, Amerika Birləşmiş Ştatlarında PRO maaşların çox cüzi, amma artırılacağı təklifini təqdim edib.
Yeni mövsümə qədər münaqişəni həll etmək mümkün olmadıqda və çempionat boykot ediləcəyi təqdirdə, hakimlər başqa ölkələrdən olan hakimlərlə əvəz edilə bilərlər.
MLS-də yeni mövsümün başlanğıcı fevralın 22-nə təyin edilib.


