“Real”ın kapitanı, ispan mərkəz müdafiəçisi Naço Fernandes və xorvat mərkəz yarımmüdafiəçisi Luka Modriç tarixi uğura imza atıblar.
Arena.az məlumat verir ki, “qaymaqlılar”ın bu iki futbolçusu Çempionlar Liqasının 2023/2024-cü illər mövsümünün finalında tarixi qələbə qazandıqdan sonra, “Real”ın ən zəngin qənimətli futbolçularına çevriliblər.
İndi həm Modriç, həm də Naçonun qənimətlər muzeyində “Real”la qazandıqları 26 kubok var.
“Real”ın sabiq futbolçuları – braziliyalı sol cinah müdafiəçisi Marselo və fransalı mərkəz hücumçusu Kərim Benzema isə “qaymaqlılar”la 25 kubok qazanıblar.