Futbol üzrə Azərbaycan və Moldova milli komandaları arasında Kişinyovda keçiriləcək yoldaşlıq görüşünə azarkeşlərin buraxılacağı dəqiqləşib.
Arena.az xəbər verir ki, bu barədə Moldova Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə artıq bilet satışına start verildiyi diqqətə çatdırılıb. Tribunaların tutumunun 50 faizinin azarkeşlərlə doldurmağa icazə verilib.
Qeyd edək ki, Moldova – Azərbaycan oyunu iyunun 6-da “Zimbru” stadionunda keçiriləcək. Bu arenanın azarkeş tutumu 10 400 nəfərdir. Bu isə o deməkdir ki, millimizlə oyunda tribunalarda 5200-ə qədər azarkeş olacaq.