“Monako” – “Lill” matçında məhsuldar heç-heçə

Futbol üzrə Fransa çempionatında 14-cü tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Turun açılış matçında “Monako” doğma meydanda “Lill”lə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib.

Lider PSJ bu turda “Nant”ın müqavimətini qırmağa çalışacaq. “Renn” “Monpelye” ilə, “Nitsa” isə “Klermon”la qarşılaşacaq.

Turun son matçında Lion “Olimpik”i doğma meydanda Marsel “Olimpik”ini qəbul edəcək.

Fransa Liqa 1
14-cü tur
19 noyabr

Monako – Lill 2:2
Qol: Diatta, 41. Ben Yedder, 83 – David, 5-pen; 9.

20 noyabr

20:00. PSJ – Nant
00:00. Renn – Monpelye

21 noyabr

16:00. Brest – Lans
18:00. Anje – Loryan
18:00. Mets – Bordo
18:00. Strasburq – Reyms
18:00. Trua – Sent-Etyen
20:00. Klermon – Nitsa
23:45. Olimpik (Lion) – Olimpik (Marsel)