“Monako” Stevan Yovetiçlə yollarını ayırdı

“Monako” klubu hücumçusu Stevan Yovetiçlə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Knyazlıq təmsilçisi Yovetiçin müddəti bitən müqaviləsini yeniləmək istəməyib. 31 yaşlı hücumçunun klubla müqaviləsi iyunun sonuna qədər idi.

Yovetiç 2017-ci ildən “Monako”da çıxış edirdi. Monteneqrolu hücumçu bu mövsüm Liqa 1-də 29 oyunda 6 qol vurub. O, “Monako”dakı karyerası ərzində bütövlükdə 76 oyunda 21 qolla yadda qalıb.

Stevan daha öncə “Sevilya” (İspaniya), “İnter” (İtaliya), “Mançester Siti” (İngiltərə), “Fiorentina” (İtaliya), “Partizan” (Serbiya) klublarının da uğurları üçün çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: