Monçu “Barselona”nı “Qranada”ya dəyişdi

İspaniyanın “Barselona” klubunun yarımmüdafiəçisi Monçu Kataloniya təmsilçisindən ayrılıb. Arena.az xəbər verir ki, tam adı Ramon Rodriqes Ximenes olan 21 yaşlı futbolçu bundan sonra karyerasını “Qranada”da davam etdirəcək.

Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. İspan yarımmüdafiəçinin yeni klubu ilə bağladığı müqavilənin müddəti və digər detalları açıqlanmayıb. “Barselona” isə qarşıdakı illərdə futbolçunun transfer hüququnu geri almaq şansını saxlayıb. Üstəlik, gələcəkdə Monçu hansısa kluba transfer edilsə, gəlirin 50 faizi də məhz Kataloniya təmsilçisinə çatacaq.

Monçu “Barselona”nın öz yetirməsidir. O, ötən mövsümü icarə əsasında “Jirona”da keçirib. Bu komandanın heyətində 43 matça çıxan gənc futbolçu, 3 qol da vurub.