“Monpelye” üçün yeni baş məşqçi

Fransanın “Monpelye” klubu baş məşqçi postunda dəyişiklik edib.

Arena.az xəbər verir ki, Liqa 1 təmsilçisi Mişel Ter-Zakaryan ilə yollarını ayırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Erməni mütəxəssisin klubla müddəti başa çatan müqaviləsi yenilənməyib.

Artıq “Monpelye”nin yeni baş məşqçisi də məlumdur. Bundan sonra sözügedən komandanı Olivye Dall Olyo çalışdıracaq. 57 yaşlı fransız mütəxəssislə imzalanan müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Qeyd edək ki, “Monpelye” Liqa 1-də geridə qalan mövsümü 8-ci sırada bitirib.