Moskva “Spartak”ı “Tottenhem”in müdafiəçisinə göz dikib

Moskva “Spartak”ı Kolumbiya yığmasının və “Tottenhem”in 27 yaşlı mərkəz müdafiəçisi Davinson Sançeslə maraqlanır.

Arena.az bu barədə “Relevo”ya istinadən xəbər verir.

Sançesin “Tottenhem”lə müqaviləsi 2024-cü ildə başa çatacaq və “mahmızlar” nadir hallarda heyətə daxil edilən mərkəz müdafiəçisini satmağa hazırdırlar. Hətta Kontenin üç mərkəz müdafiəçisindən ibarət taktiki sxemdən istifadə etdiyi dövrdə belə, Davinson Sançes nadir hallarda heyətə düşərdi. “Tottenhem” Davinsonun satışı müqabilində təxminən 15 milyon avro almaq istəyir.

“Spartak” kolumbiyalı müdafiəçini heyətinə qatmaq istəyən yeganə klub deyil. Məlumata görə, Türkiyənin “Fənərbaxça” və “Qalatasaray” klubları, eləcə də İspaniyadan “Vilyarreal” Davinson Sançesə iddialıdırlar.

Geridə qalmış mövsümdə Davinson Sançes “Tottenhem”in heyətində 24 oyuna çıxıb. Bu oyunlardan 10-da Sançes meydana sonradan, əvəzedici kimi çıxıb.

“Transfermarkt” internet-portalı Davinson Sançesi 15 milyon avro məbləğində qiymətləndirir.