“Yuventus”un baş məşqçisi Tyaqo Motta İtaliya A Seriyasının “Kalyari” ilə 26-cı tur səfər oyununu (1:0) şərh edib.
Arena.az DAZN şəbəkəsinə istinadən, braziliyaəsilli italiyalı mütəxəssisin bu barədə qənaətini təqdim edir:
“Birinci hissədə bizim çoxlu məqamlarımız vardı. Fasiləyə yollanarkən, biz, əldən verdiyimiz fürsətlərə görə peşman ola biləcəyimizi anlayırdıq. Bəlkə də bizim təravətimiz əskik idi, axı cəmi üç gün əvvəl biz PSV-yə qarşı Çempionlar Liqasında 120 dəqiqə oynamışdıq. Amma buna rəğmən, biz onsuz da bir qoldan daha artıq vurağa mükəlləf idik. Müsbət məqam isə odur ki, biz qol buraxmadıq”, deyə Motta vurğulayıb.
26 oyundan 49 xalla “Yuventus” İtaliya A Seriyasının yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Kalyari” isə 25 xalla 15-ci pillədədir.
A Seriyasına 57 xalla “İnter” başçılıq edir.