Motta “Napoli” ilə heç-heçədən narazıdır

“Yuventus”un baş məşqçisi Tyaqo Motta İtaliya A Seriyasının 5-ci turunda “Napoli” ilə ev oyunu (0:0) haqda fikrini paylaşıb.

Arena.az “Tuttosport” dərgisinə istinadən, braziliyaəsilli italyalı mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Napoli” öz futbolunda israrlı olan bir komandadır, amma güclü mövqedən oynaya biləcəyimizi görsə, geri çəkilir. Yaxşı səmərə nümayiş etdirə bildik. Son həddə qədər gələ bildik, amma qol vura bilmədik.

Bəli, onlar da yaxşı oyun nümayiş etdirdilər, amma bu nəticəyə sevinmək olmaz, çünki “Yuventus” həmişə qələbə üçün mübarizə aparır”, deyə Motta vurğulayıb.

5 turdan sonra “Napoli” 10 xalla yarış cədvəlinin 2-ci pilləsində, “Yuventus” isə 9 xalla 4-cü pilləsində qərarlaşıb. İtaliya A Seriyasına 11 xalla “Torino” başçılıq edir.