“Roma”nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasının finalında “Sevilya”ya oyunsonrası penaltilər seriyasında məğlubiyyətini şərh edib.
Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən Joze Mourinyonun fikirlərini diqqətinizə çatdırır:
“Sevilya”nı təbrik edirəm. Ancaq bununla belə, öz oyunçularımı da təbrik etmək istəyirəm. Onlar evə qəlbi rahat getməlidirlər və nail olduqları ilə fəxr etməlidirlər. Bunlar mənim Budapeştdən olan uşaqlarımdır!
Biz istedadlıları bizimkindən çox olan komandadan öz komandamıza qarşı təzyiqlər hiss edirdik. Biz oyunu uduzsaq da, ləyaqətimizdən məhrum olmamışıq. Mən evə fəxarət hissi ilə qayıdıram. Hətta qələbə qazandığımda belə, bu hiss bu qədər qüvvətli olmayıb. Biz penaltiləri səylə məşq etmişdik, fəqət… biz iki topu vura bilmədik, halbuki, əldən verdiyimiz məqamlar nəinki 11 metrlik zərbələr seriyasında vardı…”.
Xatırladaq ki, Joze Mourinyonun rəhbərlik etdiyi “Roma” Avropa Liqasının finalında “Sevilya”ya penaltilər seriyasında 1:4 hesabı ilə məğlub olaraq (əsas və əlavə vaxt: 1:1) “gümüş”lə kifayətlənib.
“Sevilya” isə yeddiqat çempionluğunu rəsmiləşdirib (2006, 2007, 2014, 2015, 2016, 2020, 2023). “Sevilya” bu turnirdə iştirak etdiyi bütün finallardan qələbə ilə ayrılıb.
Bu məğlubiyyət nəticəsində Mourinyo ilk dəfə avrokubokların finalında üzülən tərəf olub. Bununla onun avrokubok finallarındakı ardıcıl beş qələbədən ibarət rekordu qırılıb.