Mourinyo: “Mən öləcəyəm, amma o finalı unutmayacağam”

“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo verdiyi müsahibəsi ilə futbol ictimaiyyətinin diqqətini yenidən özünü cəlb edib.

Arena.az “HT Spor” dərgisinə istinadən məlumat verir ki, portuqal mütəxəssis “Roma”nın sükanı arxasında 2023-cü il Avropa Liqasının “Sevilya”ya qarşı final oyunu haqda söhbət açıb.

Xatırladaq ki, “canavarlar” əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatmış həmin oyunun penaltilər silsiləsində 1:4 hesablı məğlubiyyətə üzülmüşdülər. Oyun həqiqətən də yanlış hakim qərarları ilə yadda qalmışdı. “Mour” isə oyundan sonra baş hakim başda olmaqla, oyunun ədalət təmsilçilərini söyüb-batırmışdı.

“VAR və hakimlər 2023-cü ildə Avropa Liqasını qazanmayacağıma qərar verdilər. Milyon adam deyəcək ki, o zaman xeyrimizə açıq-aşkar penalti verilməmişdi. Mən öləcəyəm, amma o finalı heç vaxt unutmayacağam. Bu il də iki saatlıq gərgin mübarizədən sonra “Lill” ilə oyunun son dəqiqəsində çox qəribə penalti təyin edildi (söhbət Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunundan gedir – redaktorun qeydi).

Xatırladaq ki, ilk oyunda “Fənərbaxça”nı evdə 2:1 hesabı ilə məğlub etmiş “Lill”, İstanbuldakı cavab oyununda 1:1 hesablı heç-heçəni əlavə vaxtın 118-ci dəqiqəsində penaltidən vurduğu qolla təmin edərək, Çempionlar Liqasına vəsiqə qazanıb.