“Fənərbaxça”nın baş məşqçisi, portuqal mütəxəssis Joze Mourinyo “Mançester Siti”dəki böhranla bağlı sualı cavablayıb.
Arena.az “Corriere dello Sport” nəşrinə istinadən, “Mour”a ünvanlanmış müvafiq sualı və portuqal mütəxəssisin bu suala cavabını təqdim edir:
– Qvardiolanın “Mançester Siti”sinin böhranı zehniyyət məqamının vacibliyini göstərir, axı Rodri istisna olmaqla, bütün oyunçular sıradadırlar, amma nəticələr qorxulu dərəcədə pisdir, nədən?
– Yalnız Xosep Qvardiola baş verənlərin səbəbi barədə məlumatlı danışa bilər. Qalan hər şey bayağı və səthidir.
19 oyundan 31 xalla “Mançester Siti” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Əlavə edək ki, ispan mütəxəssis Xosep Qvardiolanın “şəhərlilər”i son 14 oyunda cəmi 2 qələbə qazanıblar.