“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo Türkiyə Super Liqasındakı hakimliklə bağlı narazılığını ifadə edib, tənqidi bildirib.
Arena.az “Goal” dərgisinə istinadən məlumat verir ki, portuqal mütəxəssis bu barədə Super Liqanın “Hatayspor”la 18-ci tur ev oyunundan (2:1) sonra dilə gəlib:
“Mənim oyunçularım əllərindən gələni etdilər. Biz doqquz gün ərzində yaxşıca məşq etdik. İnanılmaz qələbə qazandıq. Rəqibin rəngləri fərqli olsaydı, on nəfərlə qala bilərdi. Biz hansı “zəhərli” liqada oynadığımızı bilirik. Onlar bizə və başqalarına qarşı necə oynamağı da bilirlər. Bugünkü və “Eyüpspor”la oyunlarda beş qırmızı vərəqə olmalı idi. Vəziyyət belədir. Bunu həm futbolçularımız, həm də rəqiblərimiz bilirlər. Biz irəliləməyə davam etməliyik. Niyə həqiqəti gizlədirsiniz? Niyə bu ölkədə insanlar nədənsə qorxurlar? Nədən qorxursunuz? Mən başa düşürəm ki, siz jurnalistsiniz. Mən də jurnalist ola bilərdim, yaxşı, amma nədən qorxursunuz? Xal fərqi oyun keyfiyyətinə görədir? Düzünü deyin. Məndən soruşmayın!”, deyə Joze Mourinyo “asıb-kəsib”.
Hazırda “Mour”un “Fənər”i Türkiyə Super Liqasının yarış cədəvlində 17 oyundan 39 xalla 2-ci pillədə qərarlaşıb. “Fənərbxça” 47 xal toplamış lider “Qalatasaray”dan geri qalsa da, “Mour” çempionluq iddiasını sürdürür.