“Yuventus”unun mərkəz hücumçusu Moyze Ken “İnter”in hücumçusu Romelu Lukakuya qarşı irqçi təhqirlərlə bağlı hadisədən danışıb.
Arena.az xəbər verir ki, o, “Views”a açıqlamasında baş verənlərdən heç də təəccüblənmədiyini ifadə edib.
“Mən İtaliyada anadan olmuşam, qaradərili insan üçün bu ölkədə yaşamağın nə qədər çətin olduğunu məktəb skamyasından anlamışam. Mən irqçiliyin qurbanı olmağın nə demək olduğunu bilirəm. Çox şey yaşadım və ümidvaram ki, bu, dəyişəcək.
Bu yaxınlarda Romelu Lukakunun başına gələnlər məni təəccübləndirmədi. Öz-özümə: “İtaliyaya xoş gəldin, zənci!”, deyə, düşündüm. Mən çox istəyirəm, insanlar bir gün başa düşsünlər ki, bu, mövcud olmamalıdır. Ruhu və ürəyi olan bütün insanlar.
Bu, mənim başıma gələndə, mən bunu gözləmirdim. İrqçiliyin olduğunu çox gözəl anlayırdım, amma bunun futbola gəlib-çıxacağını düşünmürdüm. Mən çox gənc idim və ailəni, uşaqlarını gətirdiyin stadionda bunun baş verə biləcəyini gözləmirdim. Bu, sadəcə ayıbdır.
Heç kim sizin hisslərinizi başa düşə bilməz. Bunu mənim qollarımı qeyd etməyim sübut edir. Qol vururam, qollarını açıb qeyd edirəm, onlar isə üstümə şey-şüy atmaqda davam edirlər. Bu, səhvdir, futbolda belə olmamalıdır. Futbol sevgi ilə etdiyiniz şeydir, amma bəzi insanlar bunu başa düşə bilmirlər”.
Moyze Ken cari mövsümdə 39 oyunda “Qoca sinyora”nın şərəfini qoruyub, 8 qol vurub.
“Transfermarkt” internet-portalı futbolçunu 20 milyon avro məbləğində qiymətləndirir.