MS Federasiya Kubokunda 1/4 finala darmadağınla yüksəldi

Ötən gecə futbol üzrə İngiltərə Federasiya Kubokunda 2023/2024 mövsümünün 1/8 final mərhələsinin oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə 1/4 final mərhələsinə 4 vəsiqənin sahibi müəyyənləşib.

“Koventri Siti” doğma meydanda “Meydston Yunayted”ə, “Mançester Siti” isə səfərdə “Luton Taun”a böyük hesabla qalib gəlib.

“Lester Siti” “Bornmut”u, “Nyukasl” da “Bləkbörn” səddini çətinliklə keçərək 1/4 finala yüksəliblər.

Digər oyunlar bu gecə keçiriləcək.

İngiltərə Federasiya Kuboku
1/8 final
27 fevral

Koventri Siti – Meydston Yunayted 5:0
Qollar: Simms, 9; 14; 35. Tavares, 88; 90+1.

Bornmut – Lester Siti 0:1
Qol: Fatavu, 105.

Bləkbörn – Nyukasl 1:1 (penaltilər 3:4)
Qollar: Şmodiç, 79 – Qordon, 71.

Luton Taun – Mançester Siti 2:6
Qollar: Klark, 45; 52 – Haland, 3; 18; 40; 55; 58. Kovaçiç, 72.

28 fevral

23:30. Çelsi – Lids
23:45. Nottingem Forest – Mançester Yunayted
23:45. Vulverhempton – Brayton
00:00. Liverpul – Sauthempton