Bu gün futbol üzrə İngiltərə Federasiya Kubokunda 2023/2024 mövsümünün 1/4 final mərhələsinin oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Vulverhempton” doğma meydanda qarşılaşdığı aşağı liqa təmsilçisi “Koventri Siti”yə əlavə vaxtda buraxdığı qollarla məğlub olub və mübarizəni dayandırıb.
“Mançester Siti” isə evdə “Nyukasl”ı 2 cavabsız qolla məğlub edərək yarımfinala yüksəlib.
İngiltərə Federasiya Kubokunda qalan iki yarımfinalçı sabah müəyyənləşəcək.
İngiltərə Federasiya Kuboku
1/4 final
16 mart
Vulverhempton – Koventri Siti 2:3
Qollar: Ait-Nuri, 83. Bueno, 88 – Simms, 53; 90+7. Rayt, 90+10.
Mançester Siti – Nyukasl 2:0
Qollar: B.Silva, 13; 31.
17 mart
16:45. Çelsi – Lester Siti
19:30. Mançester Yunayted – Liveprul


