Cüdo üzrə Azərbaycan millisinin üzvü Murad Fətiyev Avstraliyanın Pert şəhərində keçirilən cüdo üzrə Açıq Okeaniya turnirinin qalibi olub.
Arena.az xəbər verir ki, yarışın ikinci və sonuncu günündə kişilər arasında -90 çəki dərəcəsində 2 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.
Murad Fətiyev bütün rəqiblərinə qalib gələrək yarışın qızıl medalını əldə edib. O, finalda Estoniya təmsilçisi Klen Kristofer Kalyulaidlə üz-üzə gəlib. Rəqibinə ipponla qalib gələn Fətiyev qızıl medala sahib çıxıb.
Xatırladaq ki, ötən gün Aydan Vəliyeva (52 kq) da bu turnirdə bürünc medal qazanmışdı.
Beləliklə, Azərbaycan cüdoçuları yarışda ümumilikdə 1 qızıl və 1 bürünc medal qazanıblar. Azərbaycan medal əyarına görə ümumi hesabda 7-ci yeri, kişilər arasında isə 5-ci yeri tutub.
64 ölkədən 299 idmançının iştirak etdiyi Açıq Okeaniya turnirində Azərbaycan qadınlar və kişilər arasında 5 çəki dərəsində 8 cüdoçu ilə təmsil olunub. Cüdoçularımıza böyüklərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov və qadınlardan ibarət yığmanın məşqçisi Elnur İsmayılov rəhbərlik ediblər.


