Portuqaliyanın paytaxtı Lissabonda təşkil olunmuş cüdo azrə Avropa çempionatı davam edir.
Arena.az xəbər verir ki, bu gün Azərbaycanın daha iki cüdoçusu mübarizəyə qoşulub.
Yarışın ikinci günündə 81 kq çəki dərəcəsində çıxış edən Murad Fətiyev və Hidayət Heydərov qüvvəsini sınayıb.
Fətiyev 1/16 finalda türkiyəli Vedat Albayrakla üz-üzə gəlib. İlk cəhdindəcə uduzan Murad mübarizəni erkən dayandırıb.
Heydərov isə startda almaniyalı Niklas Blöxl ilə üz-üzə gəlib. Bu rəqibinə qalib gələn cüdoçumuz növbəti görüşdə belçikalı Mattias Kasseyə uduzub.
Qeyd edək ki, Azərbaycan yarışda 9 cüdoçu ilə təmsil olunur. İlk yarış günündə Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb.
Avropa çempionatına aprelin 18-də yekun vurulacaq.


