Futbol üzrə Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı İsveçin “Yurqorden” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, azərbaycanlı forvard Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində baş tutan İsveçrə “Lütsern”i ilə oyunun iştirakçısı olub.
Sözügedən rəqiblə ilk görüş “Yurqorden”in meydanında baş tutub. Üç qolun qeydə alındığı matç futbolçumuzun komandasının 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Musa Qurbanlı bu görüşə start heyətdə başlayıb və 63-cü dəqiqədə, hesab 1:1 olarkən əvəzlənib.
“Yurqorden”lə “Lütsern” arasındakı cavab qarşılaşması bir həftə sonra İsveçrədə baş tutacaq.
Xatırladaq ki, Musa bu ayın əvvəlində “Qarabağ”dan “Yurqorden”ə keçib. 21 yaşlı futbolçu İsveç klubu ilə 3 illik müqavilə bağlayıb. O, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğludur.


