Futbol üzrə Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı İsveçin “Yurqorden” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, azərbaycanlı forvard Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində baş tutan İsveçrə “Lütsern”i ilə oyunun iştirakçısı olub.
Sözügedən rəqiblə cavab görüşü “Lütsern”in meydanında baş tutub. İki qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib – 1:1. Səfərdəki ilk oyunda 2:1 hesabıyla qalib gəlmiş İsveçrə klubu növbəti mərhələyə yüksəlib. Musanın komandası isə Konfrans Liqası ilə erkən vidalaşıb.
Musa bu görüşün 38-ci dəqiqəsində meydana buraxılıb və sonadək mübarizə aparıb. Onun bu dəfə qol vurmaq üçün yaxşı şansları olsa da, fərqlənə bilməyib.
Xatırladaq ki, Musa Qurbanlı bu ayın əvvəlində “Qarabağ”dan “Yurqorden”ə keçib. 21 yaşlı futbolçu İsveç klubu ilə 3 illik müqavilə bağlayıb. O, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğludur.


