Futbol üzrə Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı İsveçin “Yurqorden” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, azərbaycanlı forvard İsveç çempionatının 19-cu turu çərçivəsində baş tutan “Göteborq” ilə oyunun iştirakçısı olub.
Sözügedən rəqiblə görüş səfərdə baş tutub. Futbolçumuzun komandası bu oyundan 1:2 hesablı məğlubiyyətlə ayrılıb. “Yurqorden” 20-ci dəqiqədə vurduğu qolla hesabı açsa da, 77 və 86-cı dəqiqələrdə buraxdığı qollarla məğlub olub.
Musa bu görüşün 88-ci dəqiqəsində meydana buraxılıb.
“Yurqorden” bu nəticədən sonra 33 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, Musa Qurbanlı iyul ayında “Qarabağ”dan “Yurqorden”ə keçib. 21 yaşlı futbolçu İsveç klubu ilə 3 illik müqavilə bağlayıb. O, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğludur.


