Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ” komandasının gənc hücumçusu Musa Qurbanlı subaylığın daşını atmağa hazırlaşır.
Arena.az xəbər verir ki, 22 yaşlı futbolçu artıq nişanlanıb.
Bununla bağlı sosial şəbəkədə paylaşımlar edilib. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu olan Musa, Əsmər adlı xanımla ailə həyatı quracaq.
Xatırladaq ki, bir neçə gün əvvəl “Qarabağ”ın daha bir futbolçusu Abbas Hüseynov da subaylığın daşını atıb. Abbas, Qurban Qurbanovun qardaşı olan Musa Qurbanlının qızı ilə ailə həyatı qurub.
Əvvəllər də “Qarabağ”ın şərəfini qorumuş Musa Qurbanlı Ağdam klubuna bu mövsümün əvvəlində qayıdıb. İsveçin “Yurqorden” klubundan azad agent kimi ayrılmış 22 yaşlı forvard köhbə-yeni klubu ilə 3 illik müqavilə imzalayıb.
Musa Qurbanlı peşəkar karyerasına “Qarabağ”da başlayıb. O, 2019-2020-ci illərdə bu komandanın formasını geyinib. Forvard 2021-ci ilin ilk yarısında icarə əsasında “Zirə”də çıxış edib. 2021-ci ilin iyunundan Ağdam klubunun uğurları üçün çalışan Musa 2023-cü ilin yayında “Qarabağ”dan İsveç klubuna transfer edilib. Gənc hücumçu “Yurqorden”də 21 oyuna çıxıb, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
“Zirə”də 11 oyuna 2 qol vurmuş Qurbanlı vaxtilə “Qarabağ”da 68 oyun keçirib. O, bu oyunlarda 33 qol vurub, 15 məhsuldar ötürmə müəllifi olub. Musa cari mövsümdə də fərqlənə bilmədiyi 4 oyun keçirib.
Xatırladaq ki, Musa Qurbanlı 2010-cu ilin noyabr ayında debüt etdiyi Azərbaycan milli komandasında 14 oyunda 3 qol vurub.
@jafarguluyev_ #CapCut Xoşbext olun Musa Qurbanli.😍#qarabağfk #qarabagfk🤍💙 #elvinjafarguliyev #futbol⚽️ #çempion🥇 ♬ orijinal ses – Nuri.pro