Musa Qurbanlı üçün 73 dəqiqə və 1 xal

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı İsveçin “Yurqorden” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, azərbaycanlı forvard bu gün İsveç çempionatının 27-ci turu çərçivəsində baş tutan “Hammarbü” ilə oyunun iştirakçısı olub.

“Yurqorden” sözügedən rəqiblə doğma meydanda qarşılaşıb. Tərəflər sonadək hesabı aça bilməyiblər – 0:0.

Musa bu görüşə start heyətdə başlayıb və 73-cü dəqiqədə əvəzlənib.

“Yurqorden” bu nəticədən sonra 47 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Musa Qurbanlı bu ilin iyul ayında “Qarabağ”dan “Yurqorden”ə keçib. 21 yaşlı futbolçu İsveç klubu ilə 3 illik müqavilə bağlayıb. O, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğludur. Musa “Yurqorden”də indiyə qədər 14 oyuna çıxıb, 3 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: