Musa Qurbanlı və Ramil Şeydayev üçün yubiley qolu

Musa Qurbanlı və Ramil Şeydayev “Qarabağ”ın formasında Premyer Liqada yubiley qollarına imza atıblar. Arena.az xəbər verir ki, hər iki futbolçu Ağdam təmsilçisinin heyətində 10-a çatıb.

Bu, Azərbaycan Premyer Liqasının 1-ci turunda gerçəkləşib. “Səbail” üzərində 3:1 hesablı qələbə zamanı hesabı açan Musa 10-cu qolunu 21-ci oyununda vurub. Dubl müəllifi olan Ramil isə “Qarabağ”dakı 41-ci çempionat görüşündə bunu bacarıb. O, Azərbaycan çempionatında “Qarabağ” forması ilə ən azı 10 qol vuran 40-cı futbolçu olub. “Səbail”lə görüşədək 38 oyunçu bunu bacarmışdı.

Qeyd edək ki, Premyer Liqadakı ümumi qol sayında Ramil Şeydayev 16-ya, Musa Qurbanlı 11-ə çatıb.

Yeri gəlmişkən, “Səbail” Premyer Liqada 40-cı səfər məğlubiyyətini alıb. Bu, 2022/23 mövsümünün ilk turuna təsadüf edib. Premyer Liqaya “Qarabağ”a 1:3 hesablı məğlubiyyətlə başlayan Bakı klubu bunadək 39 səfərdən xalsız dönmüşdü. Paytaxt təmsilçisi rəqib meydanındakı 67 görüşdə 14 qələbə və 13 heç-heçəyə də nail olub.

Premyer Liqada 2017/18 mövsümündə debüt edən “Səbail” səfərdəki ilk məğlubiyyətini 2017-ci il avqustun 13-də “Zirə”dən alıb – 1:2.