Musa Qurbanlı “Varnamo”ya qarşı 90 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı İsveçin “Yurqorden” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, azərbaycanlı forvard bu gün İsveç çempionatının 23-cü turu çərçivəsində baş tutan “Varnamo” ilə oyunun iştirakçısı olub.

Sözügedən rəqiblə görüş “Yurqorden”in meydanında baş tutub. Futbolçumuzun komandası oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Musa bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb.

“Yurqorden” bu nəticədən sonra 40 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Musa Qurbanlı bu ilin iyul ayında “Qarabağ”dan “Yurqorden”ə keçib. 21 yaşlı futbolçu İsveç klubu ilə 3 illik müqavilə bağlayıb. O, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğludur. Musa “Yurqorden”də indiyə qədər 10 oyuna çıxıb, 3 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: