Musa Qurbanlı yeni mövsümün ilk matçında darmadağına sevindi

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı İsveçin “Yurqorden” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, azərbaycanlı forvard bu gün İsveç çempionatının 2024-cü il mövsümünün ilk turu çərçivəsində baş tutan “Göteborq”la oyunun iştirakçısı olub.

“Yurqorden” sözügedən rəqiblə səfərdə qarşılaşıb. Beş qolun qeydə alındığı oyun futbolçumuzun komandasının qələbəsi ilə yekunlaşıb – 4:1.

Musa bu görüşün 70-ci dəqiqəsində, komandası 2:0 hesabıyla öndə olarkən meydana buraxılıb.

“Yurqorden” bu nəticədən sonra 3 xalla 16 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Musa Qurbanlı 2023-cü ilin iyul ayında “Qarabağ”dan 500 min avro müqabilində “Yurqorden”ə keçib. 21 yaşlı futbolçu İsveç klubu ilə 3 illik müqavilə bağlayıb. O, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğludur. Musa “Yurqorden”də indiyə qədər 20 rəsmi oyuna çıxıb, 3 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: