Futbol üzrə Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı İsveçin “Yurqorden” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, azərbaycanlı forvard İsveç çempionatının digər iştirakçısı “Myallbu” ilə yoxlama matçının iştirakçısı olub.
“Yurqorden” sözügedən rəqibə 0:1 hesabıyla məğlub olub.
Musa bu görüşün ikinci hissəsində meydana buraxılıb.
Xatırladaq ki, Musa Qurbanlı 2023-cü ilin iyul ayında “Qarabağ”dan 500 min avro müqabilində “Yurqorden”ə keçib. 21 yaşlı futbolçu İsveç klubu ilə 3 illik müqavilə bağlayıb. O, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğludur. Musa “Yurqorden”də indiyə qədər 17 rəsmi oyuna çıxıb, 3 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub.
İsveç çempionatında mövsümə ötən ilin noyabr ayında yekun vurulub. “Yurqorden” 4-cü yeri tutub. Yeni mövsümə isə bu il martın 31-də start veriləcək.


