Musa Qurbanlı “Yurqorden”də ilk qolunu vurdu, penalti qazandı

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı İsveçin “Yurqorden” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, azərbaycanlı forvard İsveç Kubokunun ikinci seçmə mərhələsi çərçivəsində baş tutan “Sandviken”lə oyunun iştirakçısı olub.

Sözügedən rəqiblə görüş səfərdə baş tutub. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 5:1.

Musa bu görüşə start heyətdə başlayıb. Komandasının ikinci qolunu da 12-ci dəqiqədə Qurbanlı vurub. Nəticədə o, İsveç klubundakı qol hesabını açıb. 45-ci dəqiqədə isə Musa rəqib meydanında kobudluqla dayandırıldığı üçün komandasına penalti qazandırıb. Komanda yoldaşı 11 metrlik zərbəni dəqiq yerinə yetirib.

“Yurqorden” bu nəticədən sonra İsveç kubokunun qrup mərhələsinə vəsiqə qazanıb.

Xatırladaq ki, Musa Qurbanlı iyul ayında “Qarabağ”dan “Yurqorden”ə keçib. 21 yaşlı futbolçu İsveç klubu ilə 3 illik müqavilə bağlayıb. O, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğludur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: