Musa Qurbanlının komandası “Vasteras”ı 2 qolla məğlub etdi

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının komandası “Yurqorden” İsveç çempioatında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda 2024-cü il mövsümünün 7-ci turu çərçivəsində bu gün “Vasteras”la qarşılaşıb.

“Yurqorden” sözügedən rəqiblə səfərdə qarşılaşıb və inamlı qələbəyə sevinib – 2:0.

Azərbaycanlı futbolçu bu görüşün iştirakçısı olmayıb. Musa Qurbanlının adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilsə də, millimizin üzvü sonadək ehtiyatda qalıb.

Qeyd edək ki, Musa İsveç çempionatının cari mövsümündə elə də çox şans qazanmır. Baş məşqçi hücum xəttindəki güclü rəqabət səbəbindən azərbaycanlı futbolçuya şans vermədiyini bildirir.

“Yurqorden” bu nəticədən sonra 13 xalla 16 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Musa Qurbanlı 2023-cü ilin iyul ayında “Qarabağ”dan 500 min avro müqabilində “Yurqorden”ə keçib. 21 yaşlı futbolçu İsveç klubu ilə 3 illik müqavilə bağlayıb. O, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğludur. Musa “Yurqorden”də indiyə qədər 21 rəsmi oyuna çıxıb, 3 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub.