Mustafa Dalcı istefa verdi, “Ankaragücü” baş məşqçisiz qaldı

Türkiyənin “Ankaragücü” komandasının baş məşqçisi Mustafa Dalcı istefa verib. Arena.az xəbər verir ki, 49 yaşlı mütəxəssis ötən gün baş tutan “Fatih Karagümrük”lə səfər matçından sonra baş tutan mətbuat konfransında postundan ayrıldığını açıqlayıb.

Buna onun komandasının 1:4 hesablı məğlubiyyətlə üzləşməsi səbəb olub. O, ağır məğlubiyyətə görə “Ankaragücü” camiəsindən üzr istəyib.

Mustafa Dalcı 2021-ci ilin yanvarından “Ankaragücü” komandasına rəhbərlik edirdi. Türkiyəli məşqçi əvvəllər də bu klubda köməkçi məşqçi və baş məşqçi kimi fəaliyyət göstərmişdi. Sözügedən kollektiv onun rəhbərliyi altında ötən mövsüm TFF 1-ci liqanın qalibi olaraq Super Liqaya vəsiqə qazandı. Lakin Super Liqada bu mövsüm baş tutmuş 4 turdan sonra Ankara təmsilçisi cəmi 1 xal toplaya bilib.