Azərbaycan Voleybol Federasiyası Regional İnkişaf Mərkəzinin rəhbəri Nərgiz İsmayılova daha bir beynəlxalq təyinat alıb. Arena.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyasının Avrokuboklar Komissiyasının üzvü olan həmyerlimiz kişi voleybolçular arasında “Çağırış kuboku”nun final qarşılaşmasına təyinat alıb.
İsmayılova Yunanıstanın “Olimpiakos” və İsrailin “Makkabi” (Təl-Əviv” klubları arasında keçiriləcək finalın cavab matçında supervayzer funksiyasını yerinə yetirəcək. Görüş bu gün Yunanıstanda baş tutacaq. Martın 5-də İsraildə keçirilmiş ilk oyunda “Olimpiakos” 3:0 hesabıyla qalib gəlmişdi.
Nərgiz İsmayılova cavab görüşündə hakimləri işinə qiymət verəcək. CEV bu matçı serbiyalı Predraq Balandziç və polşalı Maqdalena Nivarovskaya həvalə edib.


