Azərbaycan Voleybol Federasiyası Regional İnkişaf Mərkəzinin rəhbəri Nərgiz İsmayılova daha bir beynəlxalq təyinat alıb. Arena.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyasının Avrokuboklar Komissiyasının üzvü olan həmyerlimiz kişi voleybolçular arasında “Gümüş Avropa Liqası”nın qarşılaşmasında iş başında olacaq.
İsmayılova B qrupunda mübarizə aparan Gürcüstan və Avstriya yığmaları arasında keçiriləcək matçda supervayzer funksiyasını yerinə yetirəcək. Görüş bu gün Gürcüstanda baş tutacaq.
Avropa Voleybol Konfederasiyasının təyinatına əsasən, Nərgiz İsmayılova görüşün hakimləri – moldovalı Andrey Taran və gürcüstanlı Mixail Guniavanın işinə qiymət verəcək.