Azərbaycan daha iki boksçusu Monteneqroda gənclər arasında təşkil olunmuş dünya birinciliyinə qələbə ilə start verib.
Arena.az xəbər verir ki, Monteneqronun Budva şəhərində gənc boksçular arasında keçirilən dünya birinciliyi davam edir.
Mundialın dördüncü günündə Azərbaycan millisinin 2 idmançısı çıxışını qələbə ilə başa vurub.
Tağı Nəsibov (57 kq) debütdə Peter Benedeklə (Macarıstan) qarşılaşıb. 1/16 finalda çərçivəsində baş tutan görüşdə hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 4:1 (28:29, 30:27, 29:28, 29:28, 30:27) hesabı ilə qalib gəlib. O, növbəti mərhələdə Matas Qriqorianasla (Litva) döyüşəcək.
Məhəmmədəli Qasımzadə (60 kq) də dünya birinciliyində ilk qələbəsini qazanıb. Boksçumuz 1/16 finalda Luis Peres Berrionu (Kolumbiya) 5:0 (30:27, 30:26, 30:26, 30:27, 30:25) hesabı ilə məğlub edib. O, ikinci görüşünü Armin Santos Mancillaya (Meksika) qarşı keçirəcək.
Qeyd edək ki, dünya birinciliyinə noyabrın 3-də yekun vurulacaq.


