Nəzərov və Abdullayev dünya birinciyilinin yarımfinalında!

Azərbaycan boksçuları Bilalhəbaşi Nəzərov və Əli Abdullayev Monteneqroda keçirilən dünya birinciliyində yarımfinala yüksəliblər.

Arena.az xəbər verir ki, Monteneqronun Budva şəhərində gənc boksçular arasında təşkil olunmuş dünya birinciliyində 1/4 final mərhələsinin görüşlərinə bu gün start verilib.

Mərhələnin ilk günündə Azərbaycan millisinin 2 idmançısı adını yarımfinala yazdırıb.

Bilalhəbaşi Nəzərov (48 kq) Angel Sober Ruislə (Kuba) qarşılaşıb. Boksçumuz rəqibini 4:1 (28:29, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, yarımfinalda Osman Çadqurla (Mərakeş) üz-üzə gələcək.

Əli Abdullayev (63,5 kq) də 1/4 final görüşünü qələbə ilə başa vurub. O, Emmanouil Fotiadisdən (Yunanıstan) üstün olub – 5:0 (28:27, 29:26, 28:27, 28:27, 29:26). Abdullayev növbəti qarşılaşmasında Camel Cemmalla (Fransa) gücünü yoxlayacaq.

Hər iki boksçumuz yarımfinala yüksəlməklə özləri üçün azı bürünc medalı da təmin edib.

Sabah daha 4 boksçumuz 1/4 final qarşılaşmasına çıxacaq.

Xəbəri istədiklərinizlə paylaşın