İspaniyanın “Xetafe” klubunun mərakeşli mərkəz müdafiəçisi Nabil Aberdin bundan sonra “Soçi”nin uğurları üçün çalışacaq.
Arena.az bu barədə Rusiya klubunun rəsmi saytına istinadən xəbər verir.
Premyer Liqa təmsilçisi bu transferi 300 min avroya rəsmiləşdirib. 22 yaşlı futbolçu yeni klubu ilə müddəti 2028-ci ilin 30 iyununadək nəzərdə tutulmuş müqavilə imzalanıb.
Əslən Mərakeşdən olsa da, Fransada dünyaya göz açmış Nabil Aberdin İspaniyanın “Aravaka” klubunun yetirməsidir. O, “Rayo Maxadaonda”, “Parakuelyos Antamira”, “Unionistas de Salamanka” kimi klublarda da forma geyinib. “Xetafe” Aberdini 2023-cü ilin iyulunda azad agent kimi heyətinə cəlb etmişdi. Mərakeşli futbolçu bu klubun əsas komandasında 11 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
“Transfermarkt” internet-portalı 22 yaşlı müdafiəçinin transfer dəyərini 800 min avro məbləğində qiymətləndirir.