Nagelsman Almaniya yığması ilə yeni müqavilə haqda danışdı

Almaniya yığmasının baş məşqçisi Yulian Nagelsman Alman Futbol İttifaqı (DFB) ilə əmək müqaviləsinin uzadılması haqda sualı cavablayıb.

Arena.az alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Müdirlərim və agentlərimlə müzakirə etməli olacağım çoxlu xüsuslar var. Şərtlərdən razı olub-olmadığımı məsul şəxslər tezliklə biləcəklər. Amma bunun maliyyə tərəfi ilə heç bir əlaqəsi yoxdur”, deyə 36 yaşlı məşqçi vurğulayıb.

Xatırladaq ki, Yulian Nagelman Almaniya yığmasının sükanı arxasına 2023-cü ilin sentyabrında gətirilib. Alman mütəxəssisin bundestimlə cari müqaviləsi Almaniyanın ev sahibliyi edəcəyi qarşıdakı Avropa çempionatının sonuna qədər qüvvədədir (31 iyul).

Avropa çempionatı yayda, iyunun 14-dən iyulun 14-dək keçiriləcək.