Nagelsman, “Bayern” və PSJ – hər üçü gözləmə mövqeyində

Bayern” sabiq baş məşqçisi Yulian Nagelsman üçün PSJ ilə razılıq əldə olunacağı halda, Paris klubundan 10-15 milyon avro tələb edəcək.

Arena.az xəbər verir ki, bu barədə məsələni diqqətində saxlayan, “Sky” nəşrinin məşhur alman jurnalist-insayderi Florian Plettenberq məlumat yayıb.

Plettenberqin sözlərinə görə, Nagelsmana maraq göstərn PSJ hələ rəsmi təkliflə çıxış etməyib. Hazırkı mərhələdə “Bayern”lə heç danışıqlar da aparılmır.

Maraqlıdır ki, münhenlilər Nagelsmanı mart ayında istefaya göndərsələr də, klub 35 yaşlı mütəxəssislə müqaviləyə rəsmən xitam verməyib.

Xatırladaq ki, “Bayern” rəhbərliyi komandanın mövsümün sonunda uğurlu nəticə əldə edəcəyinə yaranmış şübhələrini əsas götürərək, yazın əvvəlində Nagelsmanı istefaya göndərmişdi.