Nagelsman: “Bizi Portuqaliya ilə çətin oyun gözləyir”

Almaniya yığmasının baş məşqçisi Yulian Nagelsman UEFA Millətlər Liqasının yarımfinalında Portuqaliya ilə oyundan gözləntisini açıqlayıb.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən 37 yaşlı alman mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Portuqaliya yığması çoxlu əla oyunçulara malik çox yaxşı komandadır. Aydındır ki, çərək finalda onların, Danimarka yığması ilə gərgin, çox gərgin qarşıdurması olub. Düşünürəm ki, onlar aşkar favorit idilər, amma heç də hər şey gözlənildiyi kimi getməmişdi. Portuqaliya yığmasının çoxlu əla oyunçuları və çox, çox yaxşı məşqçisi var. Bu, lap yəqin, mürəkkəb oyun olacaq”, deyə Nagelsman vurğulayıb.

Almaniya – Portuqaliya oyunu bu gün, iyunun 4-də Münhenin “Alyans Arena” stadionunda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: